İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimpaşa Məmmədovun 13 il həbsi istənildi

Prokuror Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Bundan sonra hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını hazırlamaq üçün vaxt verib.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR