Onlayn ictimai-siyasi qəzet
Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb.
Exeter Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, etanol şirin meyvələrlə qidalanan canlıların orqanizminə demək olar ki, hər gün daxil olur.
Tədqiqatın nəticələri "Trends in Ecology & Evolution" elmi jurnalında dərc olunub.
Alimlərin sözlərinə görə, etanol və ya etil spirti ilk dəfə təxminən 100 milyon il əvvəl, çiçəkli bitkilərin şirin nektar və meyvələr istehsal etməsindən sonra meydana gəlib. Əksər hallarda təbii halda qıcqırmış meyvələrdə yalnız 1-2% spirt var, lakin bəzi meyvələrdə bu miqdar xeyli çoxdur. Məsələn, Panamada yetişən palma meyvələrində 10,2%-ə qədər spirt konsentrasiyası aşkar edilib.
Tədqiqatçılar fermentasiya qoxusunun faunanı qida mənbələrinə yönəldə biləcəyini irəli sürürlər. Bundan əlavə, bəzi canlılar spirtin xüsusiyyətlərindən öz üstünlükləri üçün istifadə edirlər. Məsələn, meyvə milçəkləri yumurtalarını etanol tərkibli maddələrə qoyur, çünki bu mühit sürfələri parazitlərdən qoruyur.
Etanolun endorfin və dopamin sistemlərini aktivləşdirə biləcəyi, sosial baxımdan faydası ola biləcək rahatlıq hisslərinə səbəb ola biləcəyi barədə fikirlər də irəli sürülüb.
Alimlər məsələ ilə bağlı yeni təcrübələr aparmağı planlaşdırırlar.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ