Onlayn ictimai-siyasi qəzet
Artıq həyacan təbili çalınır.
Musavat.com xəbər verir ki, İlon Mask da daxil olmaqla mindən çox mütəxəssisin imzaladığı süni intellektə (AI) qarşı məktubda süni intellekt modellərinin hazırlanmasında edilən təkmilləşmə istiqamətlərinin riskləri barədə xəbərdarlıq edilir. Eyni zamanda bu fəaliyyətlərin 6 ay müddətinə dayandırılması tələb olunur.
Həyatın Gələcəyi İnstitutu (Institute for the Future of Life) tərəfindən dərc edilən məktubda deyilir ki, güclü AI sistemləri yalnız onların təsirinin müsbət olacağına və risklərinin idarə edilə biləcəyinə əmin olduğumuz zaman, dəqiq, təhlükəsiz, şəffaf, möhkəm, uyğun, etibarlı
inkişaf etdirilməli bilər.
Qeyd edək ki, məktubu imzalayanlar arasında İlon Musk, Apple-ın şirkətinin ortağı Stiv Voznyak, eləcə də transhumanist tarixçi Yuval Noah Harari kimi tanış adlar var.
Musavat.com
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ