İnsanlara hürriyət, millətlərə istiqlal!

Alen Simonyan: "İran və Rusiya öz maraqlarından çıxış edərək Ermənistana kömək ediblər"

“İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu ilk növbədə özü üçün edir”.

Musavat.com erməni mediaısna istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin spikeri Alen Simonyan tərəfindən Xarici əlaqələr üzrə daimi komissiyasının sədrinin seçilməsi məsələsinin müzakirəsi zamanı səslənib.

Parlament sədrinin sözlərinə görə, İranın əslində Ermənistan üçün ürəyi getmir. “O, dövlət maraqlarından çıxış edərək silah satır və onun daşınması ilə məşğul olur. Eyni şey Rusiyaya da aiddir. Sizcə, Rusiya öz maraqlarını bir kənara qoyub deməlidir: “Biz erməniləri çox sevirik. Yaxşı konyakları var. Onda gəlin onlar üçün nəsə edək?.. Əlbəttə, yox. Bütün ölkələrin, o cümlədən bizim də öz maraqlarımız var”, - Simonyan bildirib.

Parlament sədri əmin edib ki, Ermənistanın Qarabağ problemindən başqa qlobal problemi yoxdur. “Bizim Qarabağdan başqa nə problemimiz var? Biz 30 ildir bu məsələ ilə məşğuluq. 30 ildən sonra nə oldu? Müharibə başladı”, - Simonyan deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR