İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksey Overçuk DOST Mərkəzində olub

Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk ölkəmizə səfəri çərçivəsində 2 saylı Bakı DOST Mərkəzində olub.

Musavat.com-un xəbərinə görə, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST mərkəzlərinin fəaliyyəti barədə qonağa məlumat verilib. 

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ yeniliklər, sosial sahələr üzrə  159 xidmətin “bir pəncərə”dən, şəffaf, çevik, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan yaratdığı diqqətə çatdırılıb. Ötən dövrdə 2 milyonadək vətəndaşın DOST xidmətlərindən faydalandığı bildirilib. 

DOST konsepsiyasının beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyi və xüsusi mükafatlara layiq görüldüyü, digər ölkələrdə də tətbiqinin təşviq edildiyi vurğulanıb. Hazırda bir sıra ölkələrin DOST təcrübəsini tətbiq etməkdə maraqlı olduğu qeyd edilib.

DOST mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olan Aleksey Overçuk DOST təcrübəsi barədə xoş təəssüratlarını ifadə edib. 

Son illər ölkəmizdə dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan nailiyyətlər, beynəlxalq qurumlar tərəfindən qabaqcıl təcrübələr sırasına daxil edilən yeni rəqəmsal sosial layihələr barədə də məlumat verilib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR