Onlayn ictimai-siyasi qəzet
Hazırda həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı tanınmaz hala düşüb.
Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, 46 yaşlı Navalnının fotosunu rusiyalı müxalif jurnalist Kirill Martınov öz tviter hesabında paylaşıb.
“2023-cü ildə Rusiyada azad insanın portreti”, - deyə Martınov qeyd edib. Fotodan onun həbsxanada olduğu 2 il ərzində əhəmiyyətli dərəcədə çəki itirdiyini görmək mümkündür.
Xatırladaq ki, 2021-ci ilin fevralında Rusiyanın Federal Penitensiar Xidmətinin tələbi ilə A.Navalnının “İv Roşe” işi üzrə şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.
2022-ci ilin martında isə Moskvanın Lefortovo Rayon Məhkəməsi həbsdə olan siyasətçini dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ