Onlayn ictimai-siyasi qəzet
Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov Moskva "Lokomotiv"indəki işindən azad olunub.
"Report"un məlumatına görə, bu barədə əslən azərbaycanlı veteran yarımmüdafiəçi "Championat" nəşrinə açıqlama verib.
O, gənclər komandasının baş seleksiyaçısı vəzifəsindən azad edildiyini bildirib. Səmədov əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib.
38 yaşlı mütəxəssis bu posta 2021-ci ilin yanvarında təyinat almışdı.
Qeyd edək ki, Aleksandr Səmədov futbolçu karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında, həmçinin "Krılya Sovetov” komandasında çıxış edib.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ