İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksandr Nevzorov: "NATO-nun Ukraynanın üzvlüyə qəbul etməkdən başqa çarəsi yoxdur"

"NATO-nun başqa çarəsi yoxdur Rusiya təbliğatı Ukraynanı dərhal Alyansa qəbul etməkdən imtina olunmasına əbəs yerə sevinir. Çünki əvvəl axır Ukrayna NATO-da olacaq".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir Aleksandr Nevzorov tərəfindən sosial şəbəkələrdəki hesabından səslənib.

“Uzun illərdir ki, NATO öz “hərbi-sehrbaz bürokratiya” dünyasını qurub. Ona görə də burada heç bir qərar vaxtında qəbul olunmur. Ancaq Ukrayna Şimali Atlantika Alyansını artıq oyadıb və gec-tez ora üzv olacaq”, - deyə Nevzorov çərşənbə günü öz kanalında danışıb.

Nevzorova görə, bəzi Qərb siyasətçilərinin Vladimir Zelenskinin sərt ritorikasından olduqa qəzəblidir. Lakin bütünü bunlara rəğmən Ukrayna NATO-dan həm silah, həm də üzvlük tələb etmək hüququnu qazanıb.

“NATO-nun getməyə heç bir yeri yoxdur. Ukrayna indi Putinin qəddar və qanlı ordusu önündə əsl qalxanıdır. Başqa qalxan da yoxdur! Ukrayna NATO-ya hədiyyə, kömək və ya bonus üçün gəlməyib. O, haqqı olanı istəyir. NATO-ya üzvlük Ukraynanın çoxdankı və sübut olunmuş hüququdur”,-deyə rusiyalı müxalif publisist qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR