Onlayn ictimai-siyasi qəzet
Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya rəsmi səfərə gəlib.
Musavat.com xəbər verir ki, o, burada Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurası və Baş Assambleyasının iclaslarında iştirak edəcək.
Bu təşkilat 60-dan çox ölkəni birləşdirir və fövqəladə hallarda humanitar yardımın koordinasiyasını həyata keçirir.
Təşkilatın gündəliyində əsas məsələ yeni baş katibin seçilməsidir. Bununla yanaşı, Kurenkovun bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.
Lakin bəzi Rusiya Telegram kanallarının yaydığı məlumatlara görə, səfərin pərdəarxası daha mühüm məqamları ola bilər. Məsələn, məşhur VÇK-OGPU kanalı iddia edir ki, Kurenkov Azərbaycan tərəfinə Rusiya prezidenti Vladimir Putinin şəxsi məktubunu çatdırmaq missiyası ilə də gəlmiş ola bilər. Həmin məktubda iki ölkə arasında saxlanılan vətəndaşların mübadiləsi mövzusuna toxunulduğu bildirilir.
Bu qeyri-rəsmi məlumatlarda vurğulanır ki, Moskva hazırda Bakı ilə münasibətlərin gərginləşməsində maraqlı deyil.
“Moskva üçün strateji tərəfdaşı itirmək indiki məqamda sərfəli deyil”, - deyə sosial şəbəkələrdə yayılan paylaşımlarda qeyd olunur.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ