İnsanlara hürriyət, millətlərə istiqlal!

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, iyulun 17-də Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək.

Bu səbəbdən saat 10:00-dan 13:00-dək Bakıxanov qəsəbəsində Leyla Məmmədbəyli, Nazim İsmayılov, Səmədbəy Mehmandarov, Yavər Əliyev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR