İnsanlara hürriyət, millətlərə istiqlal!

Albaniya baş naziri: "Ukrayna namizədlik statusu ilə bağlı illüziyalara qapılmasın"

Albaniyanın baş naziri Edi Rama ukraynalılara, hətta ölkələri Avropa Birliyi üzvlüyünə namizəd statusu alsa belə, heç bir illüziyaya qapılmamağı tövsiyə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, hökumət iclasının jurnalistlər üçün açıq olan vaxtında danışıb.

“Şimali Makedoniya 17 ildir, səhv etmirəmsə, Albaniya da 9 ildir namizəddir. Biz Ukraynanı alqışlayırıq, namizəd statusunun verilməsi yaxşı haldır. Amma ümid edirəm ki, Ukrayna xalqında böyük illüziyalar yaranmayacaq”, - deyə Albaniya hökumətinin başçısı bildirib.

Edi Rama Bolqarıstanın Tirananın Aİ-yə namizədliyini əngəlləməsini “rəzalət” adlandırıb.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı hər iki Balkan ölkəsinin üzvlüyü ilə bağlı danışıqlara 2020-ci ilin martında başlanılmasına qərar verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR