İnsanlara hürriyət, millətlərə istiqlal!

Alanyaya tətilə gedən qazax ailə qəzada həlak oldu

Türkiyənin kurort rayonu Alanyada qəza nəticəsində yaralanan qazax kişi dünən Türkiyə xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, cütlük uşaqları ilə birlikdə safari avtomobilində qəzaya düşüb. Nəticədə qadın hadisə yerində ölüb. Ailənin iki yaşlı qızı da həmin gün xəstəxanada vəfat edib.

Qazaxıstanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, onların cəsədləri bu gün Qazaxıstana göndəriləcək.

İdarədən əlavə ediblər ki, ailə başçısının cəsədiini Qazaxıstandan olan qohumları aparıblar.

Qəzada ölən qadın uşaqlar üçün “Zeyin Atırau” reabilitasiya mərkəzinin yaradıcısı, jurnalist Araylım Bağıtjandır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR