Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Araqatsotn (tarixi adı Alagöz - red.) bölgəsində gərgin vəziyyət yaranıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Məlumata görə, Ağarakavan, Kaqavadzor, Dian və Otevan kəndlərinin sakinləri etiraz əlaməti olaraq İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar. Onlar Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri və Yol İdarəsi Fondunun rəhbərliyi ilə görüş tələb edirlər.
Sakinlər kəndlərinə gedən keçmiş yolun daha rahat olduğu üçün açılmasını tələb edirlər. Bildirirlər ki, əvvəllər təcili tibbi yardım briqadaları onlara kifayət qədər operativ gəlirdisə, indi yeni marşrutla gec gəlirlər.
Talin icmasının rəhbəri Tavros Sapeyan hadisə yerinə gəldiyi üçün etirazçılar yolu açıblar. Hazırda vətəndaşlarla danışıqlar aparılır.
Etirazçılar isə deyirlər ki, onların problemi həll olunmasa, daha sərt tədbirlərə əl atacaqlar.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ