Onlayn ictimai-siyasi qəzet
Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər-arvadın qətlə yetirildiyi hadisənin bəzi detalları üzə çıxıb.
Musavat.com qafqazinfo.az-a istinadən xəbər verir ki, qətlin tamah məqsədilə törədilməsi məlum olub.
İlkin məlumata görə, 1973-cü il təvəllüdlü İslam Hadıyev saat 21 radələrində metronun "Memar Əcəmi" stansiyasının qarşısında - Hüseynbala Əliyev küçəsi 4 ünvanında 85 yaşlı İosif Tkaçın yaşadığı evə aldatma yolu ilə daxil olub. O, İosif Tkaçı boyun nahiyəsinə kəsici alətlə xəsarət yetirərək, həyat yoldaşı Lyudmila Tkaçı isə alın nahiyəsinə küt alətlə vuraraq öldürməkdə şübhəli bilinir.
Mənzildə axtarış aparan İ.Hadıyev pul və bahalı əşya aşkar edə bilməyərək oradan uzaqlaşıb. O, polisin keçirdiyi tədbirlərlə saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ