İnsanlara hürriyət, millətlərə istiqlal!

"Aktyor kimi işləmək özümə maraqlı gəlmir" - Taleh Yüzbəyov

"Artıq axır vaxtlar aktyor kimi işləmək özümə maraqlı gəlmir. Çünki necə deyərlər "qurdumu" öldürmüşəm. Məncə, artıq doymuşam".

Bu sözləri aktyor Taleh Yüzbəyov "Film aç" podkastında deyib. O, layihələrini ərsəyə gətirən zaman fiziki olaraq çox yorulduğunu etiraf edib:

"Amma yaxşı bir ssenaridə, inandığım rejissorun işində hər şeyi unudub oynayardım. Yəni ki, orada sırf aktyorluğa fokuslanmalıyam. Başqa görəcəyim iş, qayğım olmasın. Amma öz işlərimdə isə həm ssenarini yazmaq, həm də rejissorluqla aktyorluq etmək məni fiziki olaraq çox yorur. Çünki həm oradasan, həm də burada. Hər şeyə nəzarət etməlisən". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR