İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktrisa Marqo Robbi "Barbi"dən nə qədər qazanıb?

Aktrisa Marqo Robbi" Barbi" filminin uğuru sayəsində təxminən 50 milyon dollar alacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, "Barbi"nin rejissoru və  sserarinin həmmüəllifi Qreta Qerviqin də filmin böyük uğuruna görə bonuslar alacağı ehtimal edilir. "Barbi" bir ay əvvəl baş tutan prezenrasuyaslndan bəri yerli kassada 526,3 milyon dollar, beynəlxalq kassada isə 657,6 milyon dollar qazanıb. Filmin dünya üzrə ümumi gəliri 1,18 milyard dollardır və film qlobal kassada dominantlıq etməyə davam etdikcə bu rəqəm artmağa davam etməlidir.

Hazırda "Barbi" ən çox gəlir gətirən Warner Bros filmləri arasında ikinci yerdədir. O, yalnız "Harri Potter"dən geri qalır. 

Robbi bu filmdə nəinki məşhur uşaq oyuncağını canlandırıb, həm də 2014-cü ildə hazırkı əri Tom Akkerli, dostları Coşua MakNamara və Sofiya Kerr ilə birlikdə qurduğu "LuckyChap Entertainment" şirkəti vasitəsilə filmin prodüserliyini edib. Şirkətin əsas məqsədi qadınların hekayələrini ekranda danışmaq və yaradıcı qadınları dəstəkləmək olub.

Daha əvvəl qeyd olunmuşdu ki, “Barbi” və “Oppenheymer” filmləri qlobal kassa rekordları qırır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR