Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun daha bir iddiasını icraata götürüb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, söhbət yerli fövqəladə hallar nazirinin keçmiş müşaviri Aşot Akopyana və onunla bağlı şəxslərə məxsus qanunsuz mənşəli əmlakın müsadirəsindən gedir.
Baş Prokurorluğun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş ərizəyə əsasən, dövlət xeyrinə aşağıdakı əmlakların müsadirəsi tələb olunur:
İrəvanda yerləşən 2 daşınmaz əmlak obyekti
2 nəqliyyat vasitəsi
124 milyon 570 min dram həcmində qanunsuz əldə edilmiş pul vəsaiti (təxminən 325 min dollar)
79 milyon 540 min dram (208 min dollar) məbləğində, qanuni gəlirlərlə təsdiqlənməmiş, mənşəyi qeyri-qanuni olan və ya etibarlı üçüncü şəxslərə ötürülmüş və ya izini itirmiş vəsait
Yerli baş prokurorluğa görə, bu əmlaklar Aşot Akopyanın qanuni gəlirləri ilə əsaslandırılmır və dövlətin xeyrinə müsadirə olunmalıdır.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ