İnsanlara hürriyət, millətlərə istiqlal!

AK: Rusiyaya qarşı yeni sanksiyalar gizli ixrac əməliyyatlarını da əhatə edəcək

Avropa İttifaqının Rusiyaya qarşı onuncu məhdudlaşdırıcı tədbirlər paketinə sanksiyalardan yayınma ilə bağlı mübarizə tədbirləri daxil olacaq.

"Report"un məlumatına görə, bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis deyib.

Dombrovskisin sözlərinə görə, onuncu paketə yeni sanksiyalar və onlardan yan keçmə ilə mübarizə ilə bağlı elementlər aiddir.

Bundan əvvəl məlum olub ki, Aİ şirkətlərə əsas texnologiyaları üçüncü ölkələrə sataraq sonradan onları Rusiya Federasiyasına tədarük etməyi qadağan edə bilər.

Aİ-nin sanksiyaları pilotsuz uçuş aparatları sənayesinə və İrandan dronların idxalına təsir göstərə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR