İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ XİN başçıları Rusiya və İrana qarşı sanksiyaları təsdiqləmək niyyətindədirlər

Dekabrın 12-də Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Aİ Xarici İşlər üzrə Şurasının 2022-ci ildə planlaşdırılan sonuncu iclası üçün bir araya gələcək. Onlar Rusiya Federasiyasına qarşı doqquzuncu sanksiyalar paketini, İrana qarşı yeni sanksiyaları təsdiqləmək, həmçinin 2023-cü il üçün Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımının maliyyələşdirilməsi mexanizmini razılaşdırmaq niyyətindədirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, nazirlər Ukraynaya silah tədarükünün ödənilməsi üçün Avropa Sülh Fondunun maliyyə həddinin 2 milyard avro artırılmasını müzakirə edəcəklər.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel Ukrayna Silahlı Qüvvələri üçün hərbçilərin hazırlanması üzrə Aİ proqramının icrası ilə bağlı nazirlər qarşısında hesabat verəcək.

Paralel olaraq Belçikanın paytaxtı Brüsseldə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Aİ-nin Şərq Tərəfdaşlığı proqramına daxil olan dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba videobağlantı vasitəsilə müzakirələrdə iştirak edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR