Onlayn ictimai-siyasi qəzet
“Bir kəmər, bir yol” layihəsi çərçivəsində cənub multimodal marşrutu Çindən göndərilmiş ilk dəmiryolu yükünü Azərbaycana çatdırıb. Buradan yük Türkiyə, Bolqarıstan və Rumıniyaya göndəriləcək.
“Report” xəbər verir ki, bunu “China Briefing” nəşri yazıb.
Məlumata görə, Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi və limanlardan istifadənin mümkün olmaması Çin və Avropa İttifaqı arasında dəmir yolu marşrutu Xəzər dənizindən istifadə etməklə cənuba keçirilib.
Bu marşrut Qazaxıstanın Aktau limanı ilə Azərbaycanın Bakı limanını əhatə edir. Buradan yüklər dəmiryolu vasitəsilə Türkiyəyə və Qara dəniz limanlarına göndərilə, oradan isə Aİ-nin cənubunda yerləşən Bolqarıstan və Rumıniya limanlarına çatdırıla bilər.
Nəşr yazır ki, marşrutun çatışmazlıqları hələ də aradan qaldırılmayıb. Lakin bu istiqamətdə iş aparılır. Belə ki, hazırda Aİ və Çin Türkiyədən Avropaya dəmiryol əlaqəsinin yaxşılaşdırılması üzərində işləyirlər.
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ