İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Ukraynaya ŞƏRT QOYDU - Bu halda maliyyə yardımı ediləcək

Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının təklifi ilə Ukraynaya 50 milyard avro maliyyə yardımı edəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Ukraynaya veriləcək qrantlar və imtiyazlı kreditlər ölkənin iqtisadi problemlərinin aradan qaldırılması və strukturunun yenidən qurulmasının təmin edilməsi hədəfləyəcək.

Yardım 2024-2027-ci illər arasında ediləcək.

Digər tərəfdən, Ukraynaya verilməsi planlaşdırılan maliyyə yardımı ölkədə hüququn aliliyi ilə bağlı qanunları yerinə yetirməsi və korrupsiyaya son qoyması şərti ilə veriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR