İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Ukraynaya dəymiş zərərin ödənilməsi yolunu tapıb

Avropa İttifaqının icra orqanı sayılan Avropa Komissiyası Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində bu ölkəyə dəymiş zərərin ödənilməsi yolunu tapıb.

Musavat.com xəbər verir ki, Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi planını təklif edib. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də təsdiqləyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya vurduğu zərər 600 milyard avronu keçib. Buna görə də Rusiya və onun oliqarxları Ukraynanın yenidən qurulması xərclərini ödəməlidirlər. Ursula fon der Lyayenin fikrincə, Avropa hakimiyyətinin Moskvanı ödəməyə məcbur etmək imkanı var. O, bu məqsədlər üçün Avropa İttifaqının Rusiya Mərkəzi Bankının 300 milyard avrosunu və rusiyalı oliqarxlara məxsus 19 milyard avronu dondurduğunu xatırladıb.

Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən xüsusi fondun yaradılmasını təklif edib. Ursula fon der Lyayenin sözlərinə görə, Aİ və onun tərəfdaşları bu vəsaitləri qısa müddətdə idarə edib investisiyaya çevirə bilər, əldə edilən qazanc isə Rusiyanın işğalı nəticəsində dəyən ziyanı kompensasiya etmək üçün Ukraynaya yönəldilir.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın müharibədən sonrakı bərpası üçün bir trilyon dollardan çox vəsait tələb olunacağını bildirmişdi. Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakova görə isə, enerji sisteminin bərpasına ən az bir neçə yüz milyon dollar vəsait lazımdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR