İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Rusiya yarımkeçiriciləri üçün avadanlıqlara qarşı sanksiyalar tətbiq edə bilər

Yeni paket çərçivəsində Avropa İttifaqı Rusiya yarımkeçiriciləri üçün avadanlıqlara qarşı sanksiyalar tətbiq edə bilər.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” sənədə istinadən məlumat yayıb.

Qeyd olunub ki, yeni sanksiyaların siyasında spesifik texnologiyalar arasında proqram təminatı ilə idarə olunan yoxlama avadanlığı da var. Bu avadanlıqlar yarımkeçiricilərdə xüsusi qüsurları axtarır.

Həmçinin, sanksiyalar paketinə elektron-şüa sınaq sistemləri də əlavə edilə bilər.

Avropa İttifaqı fevralın 24-nə Rusiyanın Ukraynada hərbi əməliyyatının başlama tarixinə qədər yeni sanksiyalar paketini tətbiq etmək niyyətindədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR