İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Rusiya qızılının idxalına qadağa qoymaq istəyir– “Bloomberg”

Avropa İttifaqı (Aİ) Rusiya qızılının idxalını qadağan edəcək yeni sanksiyalar üzərində işləyir.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, Rusiya ötən il 12,6 milyard funt-sterlinq dəyərində qızıl ixrac edərək dünyanın ikinci ən böyük qızıl hasil edən ölkəsi olub.

Bu yaxınlarda G7 ölkələri Rusiyadan qızıl idxalını qadağan etmək planlarını açıqlamışdı. Britaniya bildirmişdi ki, bu tədbirin Rusiyanın öz ordusunu maliyyələşdirmək qabiliyyətinə və oliqarxların qızıl külçələri almaqla maliyyə sanksiyalarından yayınmaq cəhdlərinə böyük təsiri olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR