İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ ölkələrinin sammitində kömür enerjisinə qayıdış müzakirə olunacaq

Rusiyadan enerji nəqlinə qoyulan embarqo fonunda kömür enerjisinə qayıdış Avropa İttifaqı sammitinin ikinci gününün əsas mövzularından biri olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski deyib. Onun sözlərinə görə, Polşa kömürlə işləyən elektrik sənayesini qorumağa müvəffəq olub və bu vəziyyətdə kömür hasilatını azaltmaq niyyətində deyil.

“Biz ölkədə kömür hasilatını artırmaq niyyətindəyik. Bu, qış və payız aylarında təhlükəsizlik baxımından zəruridir”, - deyə Mateuş Moravetski bildirib.

Almaniya kansleri Olaf Şolts hesab edir ki, ölkəsi Rusiyadan kömür idxalını mərhələli şəkildə dayandırmaq üçün dörd aylıq keçid dövründən tam istifadə etməlidir. Polşa Prezidenti Anjey Duda isə öz növbəsində Rusiyadan kömür tədarükünə embarqo tətbiq edən qanun layihəsini imzalayıb.

Qeyd edək ki, aprel ayının əvvəlində Avropa İttifaqı ölkələri Rusiyaya qarşı beşinci sanksiya paketini təsdiqləyib. Bu, əsasən fiziki şəxslərə və maliyyə qurumlarına məhdudiyyətləri, həmçinin Rusiyadan kömür idxalına və bu ölkəyə yüksək texnologiyalı malların tədarükünə embarqonu nəzərdə tutur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR