İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ ölkələrində restoranlarda siqaret çəkmək yasağının faydası

Avropa İttifaqına üzv ölkələrin ictimai iaşə müəssisələrində siqaret çəkməyin qadağan edilməsinin nəticələri ilə bağlı son illərdə aparılan tədqiqatlar bu addımın kafe və restoran sahiblərinin gəlirlərinə davamlı təsirini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çexiyanın İctimai Televiziyasının efirində gedən proqramın ölkə iqtisadiyyatının qastronomiya sahəsini təmsil edən qonaqları bildiriblər.

Onların fikrincə, tədqiqatların nəticələri göstərib ki, əvvəllər siqaret tüstüsünün iyinə görə restorana gəlməyənlər indi gəlməyə başlayıb və bu səbəbdən müəssisələrin gəlirləri artıb.

Eyni zamanda, restoran sahibləri gileyləniblər ki, elektron siqaretlər və digər oxşar vasitələrə ictimai iaşə müəssisələrinin operatorlarnın necə yanaşmalı olması barədə qanunvericilikdə hələ də izahat yoxdur. Onlar bu problemin mümkün qədər tezliklə həllinə ehtiyac olduğunu bildiriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR