İnsanlara hürriyət, millətlərə istiqlal!

"Aİ-nin Ermənistandakı missiyası Rusiya və İran hərbçilərini izləyəcək" - Matevosyan

"Avropa İttifaqının monitorinq missiyasına alman polisi və fransız jandarmlarının daxil olması onların Ermənistana Rusiya və İran qoşunlarının hərəkətini izləmək üçün gəldiyini deməyə əsas verir".

AzVision.azxəbər verir ki, bu fikirləri politoloq Beniamin Matevosyan deyib. O qeyd edib ki, alman və fransız polislərinin əldə etdikləri məlumatları toplamaq və təhlil etmək üçün peşəkar bacarıqlarını tətbiq edəcəklər.

Xatırladaq ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasına Almaniyadan 15 polis də əlavə edilib. Bundan əvvəl isə 8 fransız jandarmasının da proseslərə cəlb edilməsi barədə məlumat yayılmışdı. Missiya ümumilikdə 100 nəfərdən ibarət olacaq.

Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində xidmət aparacaq"Gəlin obyektiv olaq. Hazırkı missiyanın tərkibinə nəzər salsaq, görərik ki, əvvəlki missiyaya qoşunların hərəkətini izləmək və daxil olan məlumatı təhlil etmək qabiliyyətinə, peşəkar bacarıqlara malik müşahidəçilər də daxil edilib. Yəni onların bura silahla və ya silahsız gəlməsindən asılı olmayaraq, bu missiyanın tərkibində qoşunların hərəkətini qeydə almağa qadir olan peşəkar müşahidəçilər də olub. Beynəlxalq münasibətlərdəki mövcud vəziyyəti, bir neçə il əvvəl Ermənistan-İran sərhədinin nə vaxtsa bağlana biləcəyi ilə bağlı bəyanatları nəzərə alsaq, avropalıların regiona İranı izləmək üçün gəldiyini güman etmək məntiqlidir”, - politoloq qeyd edib.

Politoloq jurnalistin 50 silahlı müşahidəçinin hansı hallarda və kimə qarşı silahdan istifadə edə biləcəyi ilə bağlı suala da maraqlı şəkildə cavab verib. O avropalı müşahidəçilərin Ermənistanda işlədiyi müddətdə, ötən ilin payızında Azərbaycanla sərhəddə insidentlərin olduğunu xatırladıb. Lakin heç vaxt missiyanın silahdan istifadəsinə ehtiyac yaranmayıb. Ekspert xüsusi olaraq vurğulayıb ki, silahlardan kimin və hansı hallarda istifadə edəcəyi ilə bağlı hər hansı qorxu, şübhə yalnız "Rusiya ilə İran ordusunun monitorinqinin məntiqi işığında nəzərdən keçirilməlidir".

Matevosyan regionda Aİ-nin müşahidə missiyası ilə bərabər Rusiyanın sülhməramlı missiyasının da müddətinin 2 ildən sonra başa çatmasını çox vacib amil sayıb.

Matevosyan qeyd edib ki, qarşıdakı iki il 2018-2020-ci illərin təkrarına çevrilə bilər. Yəni sərhəddə nisbətən sabitlik olacaq. Beləcə deyəcəklər ki, "görürsünüz, avropalı müşahidəçilər gələndə özləriylə sülh gətirdilər, bizə daha Qarabağda sülhməramlılar da lazım deyil". Heç Ermənistandakı rus qoşunlarına da ehtiyac yoxdur, gəlin onlardan da imtina edək. Bununla yanaşı, Xankəndidə ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığının nümayəndəliyi də açıla bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR