İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Gürcüstanla vizasız rejimi ləğv edir?

 Apreldə “xarici agentlər haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda da qəbul edilərsə...

Avropa İttifaqı Gürcüstanla vizasız rejimin ləğvini mümkün sayır. Musavat.com xəbər verir ki, Avropa Parlamentinin deputatı Tomaş Zdexovski “İzvestiya”ya bildirib ki, əgər “xarici agentlər haqqında” yeni sənəd təsdiq olunarsa, o zaman Tiflisə qarşı növbəti sanksiyalar olacaq. Yada salaq ki, martın 18-də Gürcüstan parlamenti “xarici agentlər haqqında” yeni qanun layihəsini ikinci oxunuşda qəbul edib. Hakim “Gürcü  Arzusu” partiyasından bildiriblər ki, sənədin yekun, üçüncü oxunuşunun aprelin əvvəlində müzakirəsi planlaşdırılır.

Bir il əvvəl “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu respublikada kütləvi etirazlara və Qərbin sərt tənqidinə səbəb olmuşdu. 

Gürcüstan hakimiyyəti ötən il qanun layihəsinin sadələşdirilmiş variantını qəbul edib, yeni qanun da isə  qrantlar və QHT-lərin şəffaflığı daha da artırılacaq.

esas-gür.jpg (31 KB)

 QHT-lərin işinin tənzimlənməsi Gürcüstan üçün xüsusilə həssas məsələdir. Respublikada qeydiyyatdan keçmiş 30 mindən çox qeyri-kommersiya təşkilatından 25 minə yaxını uzun illər fəaliyyət göstərmir. 2023-cü ildə Gürcüstanda QHT-lərin dövriyyəsi 254,2 milyon lari (88 milyon dollardan çox) təşkil edib. “Gürcü Arzusu”nun araşdırmasına görə, respublikada bu cür təşkilatların demək olar ki, 90%-i nağd qrantları haqqında məlumatı gizlədir. QHT-lərin 97%-i illik hesabatlarını dərc etmir, 62%-i isə donorları haqqında məlumat vermir.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxıldıqdan, həmçinin LGBT təbliğatını qadağan edən qanunun təsdiqindən sonra  Tiflisin Qərblə münasibətləri xeyli soyuyub. Aİ, ABŞ, Avropa Şurası , ATƏT və BMT sənədin əleyhinə çıxış ediblər.

O zaman Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, Gürcüstan hökuməti öz kursunu davam etdirərsə,  İttifaqın qapıları  Tiflisin üzünə bağlı olacaq. Daha sonra Aİ respublikanın birliyə qoşulması prosesinin de-fakto dayandırıldığını elan etdi. O, həmçinin Tiflisə maliyyə yardımını qismən dayandırıb. 

“İndi “xarici agentlər haqqında” yeni qanunun qəbulu çətin ki, Gürcüstanın Qərblə münasibətlərinə radikal təsir göstərsin. Hər şey kökündən dəyişdi, çünki Tramp administrasiyası öz işinə müxtəlif ölkələrdəki QHT-lərə müdaxilə və maliyyələşdirmənin yalnız vəziyyətin sabitliyinin pozulmasına töhfə verdiyini bəyan etməklə başladı. Avropa İttifaqına gəlincə, bəzi sanksiyaların tətbiqi  mümkündür, lakin münasibətlərdə köklü dəyişiklik gözləmək lazım deyil”.  Gürcüstan  Prezident Administrasiyasının keçmiş rəhbəri Petre Mamradze “İzvestiya”ya bildirib. Mamradze hesab edir ki, hazırda Aİ-nin Tiflisə təzyiq göstərmək üçün resursları yoxdur.  Gürcüstan hazırda Aİ-yə “namizəd” statusuna malikdir və bu statusun verilməsindən sonra onu ləğv etmək üçün heç bir mexanizm yoxdur. Aİ üzvlük danışıqlarını dayandıra, namizəd ölkələr üçün fəaliyyət hesabatlarına yenidən baxa bilər və Avropa Komissiyası namizəd statusunu qeyri-aktiv və ya maliyyə yardımını tamamilə ləğv edə bilər. Lakin 2024-cü ilin noyabrında Gürcüstanın özü Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər təxirə saldığını elan edib.  Tiflis də bu müddət üçün Aİ-nin bütün qrant vəsaitlərini rədd edib.  

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR