İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ fələstinlilərə ödənişləri dayandırmaq fikrini dəyişib

Avropa İttifaqı fələstinlilərə yardımın dayandırılması ilə bağlı daha əvvəl verdiyi bəyanatı ləğv edib.

Musavat.com Euronews-a istinadən xəbər verir ki, Avropa Komissiyasının AB komissarı Olivier Varheli fələstinlilərə bütün inkişaf proqramı ödənişlərinin “dərhal dayandırılacağını” söyləməsindən beş saat sonra açıqlanan qısa bəyanatda “ödənişlər dayandırılmayacaq” deyib.

Avropa Komissiyası həmçinin Aİ-nin Fələstinə yardımını təcili nəzərdən keçirəcəyini açıqlayıb.

Mövcud təminatlara əlavə olaraq, bəyanatda deyilir: "Bu baxışın məqsədi heç bir Aİ maliyyəsinin dolayı yolla hər hansı bir terror təşkilatının İsrailə qarşı hücumlar həyata keçirməsinə imkan verməməsini təmin etməkdir".

Komissiya mətndə həmçinin, Fələstin əhalisini və Fələstin muxtariyyətini dəstəkləmək üçün proqramlarını dəyişən şərtlər fonunda tənzimləmək lazım olub-olmadığını da nəzərdən keçirəcək.

Ödənişlərin dayandırılması ilə bağlı əvvəlcədən elan edilmiş qərarın ləğvi ilə bağlı heç bir izahat verilməyib.

Qəzza müharibəsi başlayandan bəri 27 dövlətdən ibarət blok İsraili qətiyyətlə dəstəkləyərək, ölkənin beynəlxalq hüquq çərçivəsində HƏMAS-a qarşı müharibədə özünü müdafiə etmək hüququna malik olduğunu bildirib.

Aİ rəsmiləri bildiriblər ki, ittifaqdan HƏMAS-a maliyyə vəsaiti getmir və bu təşkilatla əlaqələr 16 ildir dondurulub, çünki Aİ HƏMAS-ı terror qruplaşması hesab edir.

Aİ-nin xarici siyasət komissarı Josep Borrel də Varhelini tənqid edərək deyib: “Ödənişlərin dayandırılması – bütün Fələstin xalqının cəzalandırılması – Aİ-nin regiondakı maraqlarına zərər verəcək və terrorçuların mövqeyini daha da gücləndirəcək”.

Aİ deyir ki, o, Fələstin xalqının ən böyük donordur və illərdir İsrail və Fələstin Azadlıq Təşkilatı arasında 1993-cü ildə imzalanmış Oslo sülh razılaşmasından sonra beynəlxalq diplomatiyaya rəhbərlik edən iki dövlətli yanaşmanın tərəfdarıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR