Onlayn ictimai-siyasi qəzet
Ağstafa rayonunda vəzifəli şəxslər cərimə edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Ağstafa bələdiyyəsinin sədri Nəsib Hacıyev və Zəlimxan kənd bələdiyyəsinin sədri Elşən Həsənov barəsində inzibati tədbirlər görülüb. Belə ki, hər iki vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye-məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Onlar barəsində protokollar tərtib edilərək məhkəməyə göndərilib.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ