İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamda qədim məişət əşyaları tapıldı - FOTO

Ağdam rayonu ərazisində qədim məişət əşyaları tapılıb.

Musavat.com report-a istinadən xəbər verir ki, əşyalar Ağdam rayonunun Quzanlı qəsəbəsində aşkarlanıb.

Tapılan məişət əşyalarının tunc dövrünə aid olması ehtimal edilir. Tapılan əşyalar beş ədəd mis qab və çoxlu saxsı qırıntılardan ibarətdir.

Qeyd edək ki, maddi mədəniyyət nümunələrini Ağdam şəhərindən keçmiş məcburi köçkün olan və hazırda Quzanlı qəsəbəsində məskunlaşan Lalə Abbasova həyətində təsərrüfat quyusu qazarkən aşkarlayıb. Tapılan nümunələr Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə veriləcək.

Əvvəllər də Ağdam ərazisində sakinlər tərəfindən bu cür qədim məişət əşyalarının tapılmasına dair faktlar var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR