Onlayn ictimai-siyasi qəzet
Ağdamda ekskavator minaya düşüb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində qeydə alınıb.
Belə ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib.
Hadisə zamanı E.Yusifov yüngül dərəcəli bədən xəsarətləri alıb, texnikaya ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
27 Sentyabr 2024
26 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ