İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcaqanad təyyarə reysinin təxirə salınmasına səbəb oldu

Ağcaqanad “EasyJet” loukosterinin (aşağı büdcəli aviaşirkət) pilotunu sancaraq Amsterdamdan Mançesterə uçan reysi təxirə salıb.

“Airbus A320” təyyarəsinin sərnişinləri uçuş üçün beş saat gözləməli olublar, çünki həmin müddətdə təyyarə həşəratlardan təmizlənib. Reysi gözləyən insanlara isə ləngimənin səbəbini laynerdə texniki nasazlığın olması ilə izah ediblər.

“Tabloda uçuş vaxtı daim artırılırdı. Nəhayət pilot çıxdı və bizə bildirdi ki, kabində ağcaqanad onu sancıb. Həşəratlar daha çox ola bilər deyə pilot bütün təyyarənin dərindən təmizlənilməsini istəyib”, - deyə sərnişinlərdən biri bildirib.

Daşıyıcı şirkətin müştərilərini həmçinin uçuşun gecikməsinə görə yeganə kompensasiyanın 3,9 funt sterlinq (6,2 manat – red.) məbləğində qida qəbzinin olması da qəzəbləndirib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR