İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədi, Kürdəmir və Zərdabdan olan abituriyentlər UNEC-də olublar

Ağcabədi, Kürdəmir və Zərdab məktəblərindən olan 80 nəfərə yaxın abituriyent “UNEC-də 1 gün” layihəsində iştirak edib.

Musavat.com xəbər verir ki, UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və “Zərdabi Yolu” tədris mərkəzinin təşkilatçılığı ilə keçirilən tanışlıq günündə abituriyentlər UNEC-in əsas və 3 saylı tədris binalarında olublar.

Abturiyentlər universitetin auditoriyaları, kitabxanaları, imtahan zalı, müzakirə otaqları, Bloomberg laboratoriyası və s. ilə tanış olublar.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq xarici proqramlar, UDİD, xüsusi təqaüd imkanları barədə ətraflı məlumat verilib.

Sonra abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR