İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin mətbuat katibi İrana qarşı sanksiyalardan danışıb

Ağ Evin mətbuat katibi Karin Jan-Pier İranda insan haqlarının pozulmasından danışıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Jan-Pier bildirib ki, biz İran rəsmilərinə qarşı sanksiyalar kimi iqtisadi rıçaqlardan istifadə edirik:

“Biz BMT-nin İnsan Haqları Şurasının İranda insan haqları pozuntularını araşdırmaq üçün faktaraşdırıcı missiya yaratmaq qərarını dəstəklədik və bu, tarixi bir qərar idi. Vaşinqton İranın BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasını həyata keçirmək üçün vətəndaş cəmiyyəti təşkilatları ilə işləyir”.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı hazırladığı qətnamə layihəsində İranın BMT-nin Qadının Statusu Komissiyasından çıxarılması tələb olunur. Bununla bağlı yaxın günlərdə səsvermə keçiriləcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR