İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdən tapılan ağ toz qalmaqalı - Trampın oğlu: "Atamın kola asılılığından yazırdılar..."

ABŞ mediası Ağ Evdə aşkarlanan kokaindən daha çox keçmiş prezident Donald Trampın dietik kola asılılığı haqqında yazırdı.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri siyasətçinin oğlu kiçik Donald Tramp bildirib.

"Müqayisə üçün, o vaxt atamın gündə bir neçə dietik kola içməsi ilə bağlı mediada daha çox səs-küy var idi, nəinki indi Ağ Evdə aşkarlanan kokain barədə yazırlar. Media indi sadəcə demokratların fikirlərini təbliğ edir, başqa heç nə”, – o, Twitter-də yazıb.

CBS telekanalının məlumatına görə, ağ toz Ağ Evin anbar otağında işçilərin və ziyarətçilərin saxlama üçün cib telefonlarını qoyub getdikləri şkafda tapılıb. Otaq Ağ Evin qərb qanadında yerləşir və oval kabinet, prezident administrasiyasının məsul şəxslərinin kabinetləri də buradadır.

Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, ABŞ məxfi xidməti hərtərəfli təhqiqat aparır, orada nəzarət kameralarının görüntülərini və qeydləri araşdıraraq otağa kimin daxil olduğunu müəyyən edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR