Onlayn ictimai-siyasi qəzet
Çinin xeyrinə casusluqda şübhəli bilinən iki britaniyalıya qarşı ittihamlar götürüldükdən sonra ABŞ Böyük Britaniya ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmaqla hədələyib.
Musavat.com xəbər verir ki, bu barədə “The Times” qəzeti ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Qəzet yazır ki, Ağ Ev baş nazir Keir Starmerə xəbərdarlıq edib ki, bu cür hərəkətlər iki ölkə arasında xüsusi münasibətləri poza bilər.
“The Times” həmçinin qeyd edir ki, prezident Trampın Britaniya hakimiyyət orqanlarının etibarlılığından narahatlığı artmaqdadır.
Casusluq iddiaları Britaniya hökumətinin Çinlə münasibətləri yaxşılaşdırmaq istəyi və Londonun şərqində yeni Çin səfirliyi binasının tikintisi ilə bağlı müzakirələr fonunda gündəmə gəlib.
Musavat.com
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ