Onlayn ictimai-siyasi qəzet
“ATACMS” (Army Tactical Missile System) taktiki ballistik raketləri Ukraynaya hücum edən Rusiya təyyarələrinin 90%-ni vura bilməyəcək.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya artıq öz təyyarələrini daha da daxilə köçürüb, buna görə də qırıcılar “ATACMS” diapazonundan kənardadırlar.
Eyni zamanda Kirbi əlavə edib ki, ABŞ-ın Ukraynanın dəstəklənməsinə dair mövqeyi dəyişməz olaraq qalır.
O bildirib ki, Vaşinqton Rusiyanın hücumlarından qaçmaq üçün Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə diqqət yetirir.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ