Onlayn ictimai-siyasi qəzet
Yəməndə husilərə qarşı əməliyyat Donald Tramp administrasiyasının İrana “maksimum təzyiq” göstərmək strategiyasının yalnız başlanğıcıdır.
Musavat.com xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent "NBC News"a müsahibəsində bildirib.
"Bu, güclü siqnaldır və əvvəlki administrasiyanın siyasətindən köklü şəkildə uzaqlaşmadır. Husilər və İran başa düşməlidirlər ki, bu, yalnız başlanğıcdır. Biz dünya ticarətini yavaşlatan və inflyasiya təzyiqlərini artıran gəmiçiliyin tıxanmasına imkan verməyəcəyik. İki həftə əvvəl Tramp İrana qarşı “maksimum təzyiq” strategiyasını elan edib və bu strategiyanın məqsədi İran neftinin ixracını sıfıra endirməkdir", - deyə o, bildirib.
Musavat.com
16 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ