İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdəki “duel” və Ağdərəyə QAYIDIŞ

2025-ci ilin üçüncü ayının üçüncü gününü yaşayırıq. İllərin sürətlə keçdiyi bir dönəmdə ayların, günlərin saatların sürəti haqda danışmağa dəyməz. Amma bu “sürət əsri”ndə yazılan yeni tarix dərsliyindən diqqətimizi ayırmamalıyıq.

Düzdür, bəşəriyyətin taleyi cəhətdən Rusiya-Ukrayna savaşının dayandırılması, ədalətin təmin olunması çox önəmli məsələdir, bu mənada Tramp-Zelenski “dueli”nə dünyəvi maraq təbiidir. Həmçinin Avropa liderlərinin Ukraynanı xilas masasından gözləntilər də məntiqlidir. Baxmayaraq ki, bir ölkəni, bir xalqı xilas üçün zamanında gərəkənlər edilsəydi, indiki seytnot vəziyyət yaranmazdı.

ZELEN YENİ.jpeg (125 KB)

Qlobal məsələlər fonunda ölkəmizə qayıtmaqda fayda var. Elə ordan başlayaq ki… Şükranlıqdan! Nə yaxşı ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, böyük qələbə qazandı. Təkbaşına, kimsənin minnətini götürmədən. Baxın, Ukraynanın əraziləri işğalda, əhalisinin böyük hissəsi didərgin, fəlakət içində, hələ əsir və itkinlərin dəqiq statistikası belə yoxdur. Amma Amerika rəhbərliyi Zelenskinin sinəsinə çöküb ki, biz sənə yüz milyardlar vermişik, tələblərimizə əməl elə! Heç olmasa müharibə bitsə, Ukraynanın yaraları qaysaqlansaydı, o halda bəlkə də belə ritorika adi qarşılanardı. Amma…Ukrayna bilmir Rusiyanın təcavüzünə qarşı mübarizə aparsın, yoxsa Ağ Evə “gəlir deklorasiyası” təqdim etsin. Həm də ortada deyildiyi qədər pul da yoxdur, kimin zavalına gəlib, bilinmir.

Azərbaycan 1992-ci ilin payızında ABŞ-dən namərdlik gördü, üçrəqəmli - “907” - sanksiya qəbul olunanda.

DUZEL.jpg (272 KB)

Ona görə də qəti təəccüblənmirik. O zaman cəmi bir yaşı olan Azərbaycan Respublikası özünün ərazi bütövlüyünü Ermənistanın və himayədarlarının təcavüzündən xilas etmək üçün mübarizə apararkən ABŞ Konqresi ölkəmizə - təcavüzə məruz qalmış gənc ölkəyə qarşı sanksiya qərarı verdi, bugünədək başımızın üstündə saxlayıblar. Özü də Azərbaycan ordusunun Ağdərəni erməni işğalından və terrorundan azad etməsinə “cavab” olaraq.

AGDERE SON.jpg (44 KB)

Və…Elə bu gün azad Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb! Növbəti tarix! Kəndə 25 ailə - 91 nəfər köçürülüb.

AGDERE YENİ.jpg (238 KB)

Bir qərinə (!)ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr öz yurdlarına qayıtdılar! Buna Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti nail oldu!

İLHAM ESGER.jpg (246 KB)

Böyük Qayıdış ilboyu davam edəcək, 2026-cı ildə 140 min nəfərin Qarabağa və Şərqi Zəngəzura qayıdışı planlaşdırılır. 1 milyon qaçqın və köçkünü olan Azərbaycanla on illiklər ərzində necə davrandılar, hər kəsə bəllidir. Aparılan saysız-hesabsız danışıqlarda o qədər təzyiqlər oldu ki...

QAYİDİS SON.jpg (187 KB)

Həmin ABŞ-nin Bakıdakı diplomatlarından biri yenicə gələr-gəlməz demişdi ki, Azərbaycan reallıqları qəbul etməlidir. Bax, Zelenskiyə bu gün dediklərini o zaman Azərbaycan rəhbərliyinə də deyirdilər, hətta xalqı “sülhə hazırlamadığına” görə qınağa da məruz qoyurdular. Bunun adı təslimçi sülh idi. Prezident İlham Əliyev qapalı görüşlərin detallarını açmasa da, bəzən ayrı-ayrı görüşlərdə görünməmiş təzyiqlərin olduğunu vurğulayırdı. Lakin bütün təzyiqlərə sinə gərdi, nəticədə Azərbaycan yeni reallıq yaratdı! Bir anlıq təsəvvür edin ki, Ağ Evdəki müzakirə Rusiya-Ukrayna yox, Azərbaycan-Ermənistan münasibətlərinə həsr olunardı… İraq olsun, deyək. Necə ki, bütün təhdidlər, təhlükələr iraq oldu dövlətimizin, dövlət başçımızın sayəsində!

İndi bir çoxları Zelenskinin və digərlərinin Əliyevdən öyrənməli olduğu mətləblərdən yazır. Avropalı liderlər əvvəlki illərdə etiraflar da ediblər, hətta İlham Əliyevin telefon nömrəsini öyrənməyə çalışdıqlarını da bildiriblər. Nəyi, nə zaman etmək lazım olduğunu bilən lider torpaqlarını azad etmək, ölkəsinin suverenliyini bərpa etmək üçün ən uyğun zamanı seçdi və qalib gəldi. Ukraynanın durumu 90-cı illərin Azərbaycanına çox bənzəyir. Bəlkə də Ukrayna prezidenti 1994-cü ildə Azərbaycanın imzaladığı “Əsrin müqaviləsi”ni imzalasaydı, ölkənin 26 trilyonluq minerelları ilə bağlı maraq dünyasını təmin etməklə, taym-aut götürüb, ordusunu gücləndirsə və Avropanın öhdəliklərinə əməl etməsi halında Rusiyanı sanksiyalarla üz-üzə qalması halında yenidən toparlansa, daha doğru yol seçmiş olardı.

ESRİN.jpg (90 KB)

Əks halda, çeçen mücahidlərinin 90-cı illərdəki mübarizəsini təkrarlamaq və tarixdə sadəcə cəsur prezident obrazında qalmaq…

Azərbaycan dövləti uzun illər gözlədi, səbr etdi, Qərb paytaxtlarının, Rusiyanın, İranın ərazilərimizdə təmin olunan maraqlarına da təmkinlə dözdü, ən uyğun zamanı gözlədi və bütün planları pozdu. Yaratdığı reallığı hələ də qəbul etməyənlər var. Amma özləri bilər, tarix yazılıb, yazıya pozu yoxdur!

Budur, Ermənistan rəhbərliyi öz xalqını “real Ermənistan”a hazırlayır, həm də narahatdır gələcəyə görə, ölkəsinə “kadastr sənədi” almaq üçün cəhdlər göstərir.

Ağdərəyə qayıdış həm də Ağ Evdəkilərin 90-cı ildə yürütdüyü anti-Azərbaycan siyasətinə möhtəşəm cavabdır. “907”ni yenidən dirildən bayden-maydenlər utansınlar! Bir azdan Ağdama, 100 minlik şəhərə də qayıdacağıq, ədalət və demokratiya nağıllarını uydurub, “ağ eləyənlər”in acığına daha böyük hədəflərə imza atacağıq!

AGDAM SON.jpg (483 KB)

Bakıda qurulan Ədalət Məhkəməsini yana-yana izləyən yanlar və onların yandaşlarının tüstüsü təpələrindən çıxır. Amma bu reallığı Azərbaycan dövləti, onun Lideri yaratdı. Kim təsəvvür edə bilərdi ki, dünyanın aparıcı paytaxtlarından idarə olunan hay separatizminin başçıları günün birində Bakıda mühakimə olunacaqlar?

Böyük Qələbəyə və Böyük Qayıdışa, Böyük Ədalət Məhkəməsinə aparan yola, siyasətə alqış!

P.S. Yazını bitirəndə iki xəbər diqqətimi çəkdi. 44 günlük müharibədə “Gəncənin vurulması əmrini mən vermişəm”, desə də, Bakıdakı Ədalət Məhkəməsində bunu danan Arayik Arutyunyan bu gün sərbəst ifadə verəcək.

ARAİK.jpg (188 KB)

İkinci xəbər isə… Azərbaycanda səfərdə olan Qazaxıstanın baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib. Dövlət protokolumuzun daha bir mübarək səhifəsi!

OLJAS SON.jpeg (116 KB)

Ukrayna prezidentini kostyum geyinmədiyinə görə linç edənlər bu mənzərəyə baxıb, nə düşünürlər? Təxmin edirik…

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR