İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kanadaya qarşı 10 faiz rüsum artımını elan etdi –Reyqan reklamına cavab

ABŞ prezidenti Donald Tramp Kanadanın yeni reklam kampaniyasına cavab olaraq bu ölkədən idxal olunan mallara 10 faizlik əlavə rüsum tətbiq edildiyini bəyan edib. Trampın sözlərinə görə, bu addım “Amerika sənayesini və işçilərini qorumaq” məqsədi daşıyır.

Musavat.com xəbər verir ki, CNN-in məlumatına əsasən, Kanadanın sözügedən reklam kampaniyasında ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın 1987-ci ildəki məşhur çıxışından səs fraqmenti istifadə olunub. Həmin çıxışda Reyqan rüsum və proteksionist siyasətlərin uzunmüddətli dövrdə iqtisadiyyata zərər vurduğunu vurğulayaraq demişdi: “Rüsum siyasəti qısa müddətli populizm yarada bilər, lakin bu, azad ticarətə və rifaha mane olur.”

Tramp administrasiyası isə bu reklamı “ABŞ iqtisadi siyasətinə qarşı təxribat xarakterli addım” kimi qiymətləndirib. Ağ Ev rəsmiləri bildiriblər ki, reklamın yayımlanması Kanadanın ABŞ-la ticarət danışıqlarında “təzyiq vasitəsi” kimi istifadə olunub.

Rüsum artımı qərarından sonra Vaşinqton və Ottava arasında münasibətlərin gərginləşdiyi, planlaşdırılan ticarət danışıqlarının isə müvəqqəti dayandırıldığı bildirilir.

Qeyd edək ki, Trampın bu qərarı həm Kanada, həm də ABŞ daxilində birmənalı qarşılanmayıb. Kanadanın ticarət naziri bu addımı “əsassız və qarşılıqlı əməkdaşlığa zərbə” adlandırıb, ABŞ-dakı bəzi iqtisadçılar isə Trampın bu qərarını “siyasi jest” kimi qiymətləndiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR