İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdə Ukraynanın itirilmiş əraziləri geri qaytaracağına şübhələr var

Ağ Evin əməkdaşları Ukraynanın işğal altına düşən ərazilərini geri qaytara biləcəyinə getdikcə daha az inanırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ın adları açıqlanmayan rəsmi şəxslərinə istinadla məlumat yayıb.

ABŞ Prezidenti Cozef Baydenin müşavirləri Ukrayna lideri Volodimir Zelenskinin torpaqların itirilməsi ehtimalı ilə razılaşmalı olduğunu müzakirə etməyə başlayıblar. Lakin Vaşinqton ərazi güzəştləri üçün Kiyevə təzyiq göstərmək niyyətində deyil.

Telekanalın məlumatına görə, lakin Ağ evdə heç də hamı Ukraynanın perspektivlərinə narahatlıqla yanaşmır. Məsələn, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ukraynalı həmkarları ilə fəal əlaqə saxlayır. Ötən həftə o, Ukrayna Silahlı Qüvvələrinin Ali baş komandanı Valeri Zalujnı və ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komitəsinin rəhbəri Mark Milli ilə Ukraynanın işğal altında olan ərazilərini azad etmək səylərini telefonda saatlarla müzakirə edib.

ABŞ konqresmenlərindən birinin adı açıqlanmayan köməkçisi Ukraynanın öz ərazilərini azad etməsi məsələsinin, tam olmasa da, böyük ölçüdə Birləşmiş Ştatların dəstəyindən asılı olduğunu deyib. Onun sözlərinə görə, Kiyev ABŞ-dan azı 48 ədəd HIMARS reaktiv yaylım atəşi sistemi tələb etsə də, Pentaqon yalnız səkkizinin veriləcəyini bildirib.

Pentaqon nümayəndəsi isə öz növbəsində deyib ki, Ukrayna Rusiyanın işğalı altında olan əraziləri döyüş yolu ilə azad etmək üçün çətin ki, kifayət qədər qüvvə toplaya bilsin.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR