İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdə tapılan kokain Baydenin oğluna məxsusdur? - QALMAQAL

ABŞ Məxfi Xidməti cümə axşamı Ağ Evdə kokain aşkarlanması ilə bağlı Konqresə məlumat verəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Axios”portalı məlumat yayıb.

Keçiriləcək brifinqdə Ağ Evin işçilərinin də iştirakı gözlənilir.

Xatırladaq ki, sonradan kokain olduğu ortaya çıxan şübhəli ağ toz bu ilin iyul ayının əvvəlində Məxfi Xidmət əməkdaşları tərəfindən Ağ Evdə aşkar edilib. Bundan sonra Ağ Evdə təcili qaydada ABŞ prezidenti Co Bayden və ailəsi üçün təxliyə elan olunub.

Baydenin mətbuat katibinin sözlərinə görə, həmin vaxt prezident Ağ Evdə olmayıb.

Bu arada “The New York Post” qəzeti başqa bir maraqlı məlumat yayıb. Qəzetin informasiyasına əsasən, tozun aşkarlanmasından bir qədər əvvəl prezidentin narkotik və korrupsiya qalmaqalları ilə tanınan oğlu Hanter Bayden Ağ Evdə olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR