Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra ilk tibbi müayinədən sonra əla koqnitiv və fiziki sağlamlıq nümayiş etdirib və dövlət başçısı kimi vəzifələrini icra etməyə tam hazırdır.
Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının həkimi Şon Barbabelanın rəyində deyilir.
Qeyd edilir ki, Tramp “güclü ürək, ağciyər, nevroloji və ümumi fiziki funksiya” nümayiş etdirib. Ağ Ev rəhbəri Monreal Koqnitiv Qiymətləndirmədə 30 baldan 30 bal toplayıb.
"Onun aktiv həyat tərzi onun rifahına mühüm töhfə verməkdə davam edir", - hesabatda yekun vurulub.
Bundan bir qədər əvvəl Trampın adi tibbi müayinə üçün "Walter Reed" dövlət xəstəxanasında təxminən dörd saat qaldığı bildirilmişdi. O, anesteziyasız və huşunu itirmiş halda bir neçə müayinədən keçib. Ağ Ev daha sonra ABŞ prezidentinin səhhəti ilə bağlı həkimlərin nəticələrini açıqlayacaq.
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ