Onlayn ictimai-siyasi qəzet
Ağ Ev Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Üçüncü Dünya müharibəsi təhlükəsinə dair səsləndirdiyi fikirləri “uğursuz” və “məsuliyyətsiz” adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq bəyanat verib.
Kelloq bildirib ki, Medvedevin bu cür açıqlamaları dünya gücünə yaraşmır və beynəlxalq sülh üçün ciddi təhdid yaradır:
“Üçüncü Dünya müharibəsi qorxusu yaratmaq – bu, Dmitri Medvedevin uğursuz və məsuliyyətsiz bəyanatıdır. Bu, dünya səviyyəli bir dövlətə yaraşmaz. Prezident Tramp bu müharibəni dayandırmaq və insan qırğınlarına son qoymaq üçün çalışır".
Trampın nümayəndəsi eyni zamanda Rusiyanı Ukraynaya qarşı atəşi dərhal dayandırmağa və bir həftə əvvəl söz verdiyi sülh şərtlərini ehtiva edən memorandumu təqdim etməyə çağırıb:
“Dərhal atəşi dayandırın. Sizin tərəfdən vəd edilən sülh şərtləri sənədini hələ də gözləyirik,” – deyə Kelloq vurğulayıb.
Musavat.com
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ