Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden sentyabrın 24-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident Bayden Baş Assambleyada çıxış etməklə yanaşı, sentyabrın 24-də dünya liderləri ilə görüşəcək”, - deyə məlumatda bildirilir.
Görüşdə beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərlə mübarizə, qlobal rifahın təşviqi və insan hüquqlarının qorunması sahəsində əməkdaşlığın müzakirə ediləcəyi gözlənilir.
BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi 24-30 sentyabr tarixlərində keçiriləcək.
“Bloomberg” mənbələrə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski orada Baydenə “qələbə planı”nı təqdim etməyi planlaşdırır.
Agentliyin məlumatına görə, bu plana Ukraynanın NATO və Aİ-yə daxil olması, iqtisadi və təhlükəsizlik sazişlərinin bağlanması və hərbi yardımın davam etdirilməsi daxildir.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ