İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlar barədə XÜSUSİ AÇIQLAMA yaydı

Ağ Evin sözçüsü Kərrolayn Levitt, ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanında keçirdiyi görüşü Rusiya-Ukrayna müharibəsinin həlli üçün böyük bir addım kimi dəyərləndirib.

Levitt Fox News kanalına açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın tapşırığı ilə dövlət katibi Marko Rubio, xüsusi nümayəndə Stiv Vitkoff və milli təhlükəsizlik müşaviri Mayk Uolts rusiyalı rəsmilərlə görüş keçirib və mühüm irəliləyiş əldə edilib:

“Bu, sülh yolunda atılan ilk addımlardan biridir. Qeyd etmək istərdim ki, bizim administrasiya, o cümlədən prezident Tramp, Ukrayna tərəfi, xüsusilə də prezident Zelenski ilə də birbaşa əlaqə saxlayır.”

Musavat.com xəbır verir ki, onun sözlərinə görə, Tramp bir gün əvvəl Fransa prezidenti Emmanuel Makronla danışıb, gələn həftə isə Britaniyanın baş naziri Kir Starmer ABŞ-a səfər edəcək. 

Levitt vurğulayıb ki, bütün tərəflərin dinlənilməsi vacibdir və münaqişənin həlli üçün hər iki tərəflə danışıqlar aparılmalıdır:

“Əsas odur ki, müharibənin hər iki tərəfi ilə danışaraq həqiqətən razılığa gəlmək və problemi həll etmək mümkündür. Bu, sülh yolunda mühüm ilk addımdır.”

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR