İnsanlara hürriyət, millətlərə istiqlal!

AFR-in müdafiə naziri kanslerdən istefasını qəbul etməsini istəyib

Almaniyanın müdafiə naziri Kristine Lambrext kansler Olaf Şoltsdan istefa barədə müraciətini qəbul etməsini istəyib və bunun səbəbini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya müdafiə nazirinin bəyanatına istinadla məlumat yayıb.

Kristine Lambrextin sözlərinə görə, medianın ona qarşı diqqəti və fəaliyyətinin müzakirəsi Bundesverin ehtiyacları və ordunun inkişafı ilə bağlı diskussiyaları arxa plana keçirib. “Bununla əlaqədar olaraq mən öz postumdan getmək qərarına gəldim”, - deyə Kristine Lambrext bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR