İnsanlara hürriyət, millətlərə istiqlal!

Afinada yəhudi mərkəzinə hücumu SEPAH planlaşdırıb

Bir neçə gün öncə Afinada yəhudi mərkəzinə qarşı planlaşdırılan terror aktının müəllifi SEPAH komandiri olub.

Musavat.com bu barədə İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmilərindən biri məlumat verib.

Onun sözlərinə görə, əməliyyata İranın Qum şəhərində yaşayan Pakistan əsilli 65 yaşlı Məhəmməd Mohsen Rza başçılıq edib:

Həmin şəxs SEPAH-ın tapışırığı ilə pakistanlılardan ibarət terror qrupu yaradıb və dünyanın müxtəlif ölkələrində yəhudilərə qarşı terror əməliyyatları planlaşdırıb”.

Qeyd edək ki, ötən həftə Yunanıstanın təhlükəsizlik qüvvələri Afinada yəhudi restoranı və sinaqoq da daxil olmaqla yəhudi və İsrail mərkəzlərinə hücum etməyi planlaşdıran iki şəxsi həbs etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR