İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb.

Oxu.Az xəbər verir ki, bu barədə milli assosiasiya məlumat yayıb.

Bildirilib ki, o, Türkiyədə yerli "Trabzonspor" və Slovakiyanın "Rujomberok" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Trabzon şəhərində yerləşən "Şenol Güneş İdman Kompleksi"ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Səfərdəki ilk görüşdə Türkiyə komandası iki cavabsız qolla qalib gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR